"Fənərbaxça"da ciddi itki
“Fənərbaxça” ciddi itkiylə üzləşib.
Sportline.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Altay Bayındır zədələnib. O, Super Liqanın 11-ci turunun “Konyaspor”la matçında sıradan çıxıb. 23 yaşlı qapıçı azı 3 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, “Fənərbaxça” “Konyaspor”a 1:2 hesabıyla uduzub.