"Fənərbaxça"da "sular bulanıqdır"

"Fənərbaxça"nın baş məşqçisi Dik Advokat Emanuel Emenike ilə Qreqori van der Vil əsas komandadan kənarlaşdırılıb. Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hollandiyalı mütəxəssis həmin futbolçuları qeyri-peşəkarlığa görə cəzalandırıb. Qeyd edək ki, Emenike Super Liqanın cari mövsümündə 10 oyuna 3 qol vurub. Van der Vil isə cəmi 6 oyunda meydana çıxıb.