Fənərbaxçalılar hava limanına basqın ediblər
Türkiyə Super Liqasının XXII turunda "Qaziantepspor"la 1:1 hesabı ilə heç-heçə edən "Fənərbaxça" azarkeşləri futbolçulara kəskin etirazlarını bildiriblər. Oyundan sonra İstanbula geri dönən tərəfdarlar Sabiha Gökçen hava limanında bir yerə toplanıblar. Burada klubu gətirən təyyarəni gözləyən azarkeşlər rəhbərlik və oyunçuların əleyhinə şüuarlar səsləndiriblər. Təhlükəsizlik işçiləri futbolçuları qorumaq üçün çalışsa da, onların hava limanından çıxışı biraz ertələnib. Bir müddət sonra mühafizəçilərin köməkliyi ilə futbolçular avtobusa mindirilib. Həmin anda 150-ə yaxın azarkeş "Əziz İldırıma istefa", "Rəhbərliyə istefa", "Əli Koç başkan, "Fənərbaxça" çempion" şüurları səsləndirib.


sport7