"Fənərbaxça"nın forvardı "Spartak"a qayıdır
“Fənərbaxça”nın hücumçusu Emanuel Emeniki yenidən “Spartak”ın formasını geyinməyə yaxındır. Sportline.az sportbox.ru saytına istinadən xəbər verir ki, istanbullular mövsümün sonunda müqaviləsi bitən nigeriyalı ilə vidalaşmaq niyyətindədirlər. “Fənər”in baş məşqçisi Dik Advokat da əvəzedici heyətə göndərdiyi forvardın xidmətində maraqlı deyil. Xatırladaq ki, Emenike 2011-2013-cü illərdə “Spartak”da çıxış edib.