Fərhad İsmayılov: “Komanda Antalya sınaqlarına böyük həvəslə hazırlaşır”

“Məşq prosesi plana uyğun davam edir. Hazırlığı başa vurmaq üzrəyik”.

Bunu Sportline.az saytına açıqlamasında Antalyada keçiriləcək “Pro-Tur” yarışına hazırlaşan qadın stolüstü tennisçilərdən ibarət seçmə komandanın baş məşqçisi Fərhad İsmayılov deyib.

Onun sözlərinə görə Türkiyə sınaqlarında 20-dən çox ölkənin idmançıları mübarizə aparacaqlar: “Məqsəd yayda keçiriləcək Avropa çempionatına hazırlıqdır. Türkiyənin ardınca Monteneqro və Xorvatiyada da beynəlxalq turnirlərə qatılacağıq. Avropa çempionatınadək tam formada olmaq niyyətindəyik.Komandanın üzvləri Antalya sınaqlarına böyük həvəslə hazırlaşırlar. Onların qarşıdakı turnirdə uğurlu çıxışına ümid bəsləyirik”.

Qeyd edək ki, baş məşqçi Fərhad İsmayılov sabah start veriləcək yarışda Ləman Abdulhəmidova, Zemfira Mikayilova, Arzu Aslanova, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədlidən ibarət heyətə güvənəcək.