Fərid Mansurov: "Bu hər bir idmançımızın vəzifəsidir"

Azərbaycan idmançıları Minsk 2-ci Avropa oyunlarına yola salınıb.

Sportline.az xəbər verir ki, Heydər Əliyev beynəlxalq hava limanında təşkil edilən yolasalma mərasimində gənclər və idman nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov açıqlama verib:

“Əminəm ki, komandamız bu yarışlara yaxşı hazırlaşıb. Çünki 2-ci Avropa oyunları 2020-ci ildə Tokio olimpiadasına təsnifat xarakteri daşıyacaq.

Ona görə rəqabət baxımından bu yarış böyük önəm kəsb edir. Olimya və Avropa oyunları hər zaman sürprizlərlə doludur. Ümid edirəm ki, Azərbaycan idmanın hər növündə qızıl medallar qazanacaq. Bu hər bir idmançımızın vəzifəsidir”.