Fərid Qayıbov Qubadlı rayon və Sumqayıt şəhər sakinlərini qəbul edib

Yanvarın 23-də gənclər və idman naziri Fərid Qayıbov Qubadlı rayon və Sumqayıt şəhər sakinlərini qəbul edib.

Sportline.az xəbər verir ki, qəbuldan öncə nazir Fərid Qayıbov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla birlikdə Sumqayıt şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. 

Sumqayıt Gənclər Evində keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda yanvar ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.