Fernandu Santuş dekabrda AFFA İcraiyyə Komitəsinə hesabat verəcək
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş dekabrda AFFA İcraiyyə Komitəsinə hesabat verəcək.
Sportline.az-ın əldə etdiyi məlumata görə, qurum növbəti iclasını gələn ay keçirməyi planlaşdırır.
Qeyd edək ki, Azərbaycan yığması 70 yaşlı portuqaliyalı mütəxəssisin rəhbərliyi altında Millətlər Liqasının C Liqasında yer aldığı I qrupu 1 xalla sonuncu pillədə başa vurub və D Liqasına düşüb. Komanda son iki oyunda Qəbələdə Estoniya ilə heç-heçə (0:0) edib, səfərdə İsveç yığmasına 0:6 hesabı ilə məğlub olub.