Fernandu Santuş püşkatmaya qatılacaq

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş bu gün İsveçrənin Sürix şəhərində təşkil olunacaq DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkatma mərasiminə qatılacaq.

Sportline.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Tədbirə milli assosiasiyanın icraçı vitse-prezidentinin müşaviri Orxan Əhmədov və millinin direktoru İlqar Qurbanov da qatılacaq.

Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.