Fernandu Santuş: "Qəbələ"nin futbolçusunda çoxlu keyfiyyət gördüm"

"Onda çoxlu keyfiyyət gördüm".

Sportline.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis I Liqada çıxış edən "Qəbələ"nin üzvü Şahin Şahniyarovun yığmaya çağırılması ilə bağlı danışıb:

"Tez-tez aşağı liqanın oyunlarına gedirik. Bir neçə futbolçu diqqətimizi cəlb edib".

O, özünü yaxşı tərəfdən göstərən futbolçuların milliyə dəvət alacaqlarını vurğulayıb:

"U-17 Liqasını və əvəzedicilərin çempionatını da izləmişəm. Bu, Azərbaycan millisidir. Birdən-birə aşağı liqadan çox futbolçu cəlb edə bilmərik. Təcrübəli futbolçular da gənclərə kömək etməli və yardımçı olmalıdırlar. Yaşından asılı olmayaraq, yığmanın qapıları hər bir azərbaycanlı futbolçunun üzünə açıqdır. Onlar özlərini göstərəndə dəvət alacaqlar".

Qeyd edək ki, Azərbaycan millisi martın 22-də Haiti, martın 25-də Belarusla yoldaşlıq oyunları keçirəcək.