Ferran Torres "Milan"a keçir

"Barselona"nın ispaniyalı futbolçusu Ferran Torres karyerasını "Milan"da davam etdirəcək.

Sportline.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Milan" Ferran Torres üçün Kataloniya klubuna rəsmi təklif göndərib.

24 yaşlı hücumçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə təqribi 30 milyon avrodur.

Qeyd edək ki, Torresin "Barselona" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

O cari mövsüm çıxış etdiyi 20 oyunda 6 qol və 2 asistlə yadda qalıb.