Ferran Torresin son durumu açıqlandı

"Barselona"nın hücumçusu Ferran Torresin zədəsi kifayət qədər ciddi imiş.

Sportline.az xəbər verir ki, o, noyabr ayınadək meydana dönə bilməyəcək.

Bu haqda "Diario Sport" məlumat yayıb. Mənbənin bildirdiyinə görə, ispaniyalı futbolçu sağ ayağının arxa əzələsindəki xəsarətdən əziyyət çəkir.

Torresin oktyabrın 26-da "Real"la oyunda olmayacağı dəqiqdir.

Qeyd edək ki, 24 yaşlı forvard cari mövsümdə keçirdiyi 10 oyunda 1 qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.