“Feyenoord” bu gün “Panatinaykos”la üz-üzə gələcək

UEFA Avropa Liqasının Liqa mərhələsində 3-cü tura start verilir.

Sportline.az xəbər verir ki, “Feyenoord” bu tur “Panatinaykos”u qonağ edəcək.

Robin Van Persinin rəhbərlik etdiyi komandada itkilərin sayı kifayət qədərdir. Yakub Moder, Malkolm Yeng, Kuentin Timber, Qernot Trauner və Tomas Beelen zədədən əziyyət çəkir. 

Yunanıstan təmsilçisində isə Kayril Dessers, Fakundo Pellistri, Yannis Bokos və Renato Sançes baş məşqçi Kristos Kontisin sərəncamında olmayacaq.

Qeyd edək ki, “Feyenoord” – “Panatinaykos” görüşü Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.

Oyunun ədalət təmsilçisi almaniyalı Harm Osmers olacaq.