"Feyenoord" - "Milan": Düşərgələrdəki son durum

UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün daha 4 oyun keçiriləcək.

Sportline.az xəbər verir ki, turnirin 7 qat qalibi “Milan” pley-offun ilk oyununda səfərdə “Feyenoord”la qarşılaşacaq.

“Rossoneri” Niderlanda ciddi itkilərlə yollanıb. Alessandro Florenzi, Emerson Royal, Ruben Loftus Çik və Yunus Musa iştirak ərzəsində yer almayıb.

“Feyenoord”da isə Castin Billov, Cordan Lotomba, və Kalvin Stenqs baş məşqçi Paskal Boskartın sərəncamında olmayacaq.

Qeyd edək ki, start fiti gecə yarısı saat 12-də səslənəcək oyunu ispaniyalı hakim Joze Martinez idarə edəcək.