“Feyenoord” “Seltik”lə üz-üzə gələcək
UEFA Avropa Liqasının Liqa mərhələsində 5-ci tura start verilir.
Sportline.az xəbər verir ki, “Feyenoord” öz meydanında “Seltik”lə üz-üzə gələcək.
Niderland klubu heyət baxımından ciddi problem yaşayır. Belə ki, klubun heyətində 10 futbolçu zədədən əziyyət çəkir. Cordan Bos, Silo Zand, Qernot Trauner, Civario Rid, Malkolm Yenq, Tomas Beelen, İn Boom Hvanq, Yakup Moder, Kayl Larin və Ceyden Slori baş məşqçi Robin Van Persinin sərəncamında olmayacaq.
Şotlandiya təmsilçisində isə Alistair Conston, Kallum Osmand, Kameron Karter-Vikers, Jota, Kaleçi İhenaço və Marselo Saraççi iştirak ərzəsində yer almayıb.
Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 21:45-də başlanacaq oyunu avstriyalı hakim Sebastian Gishamer idarə edəcək.