"Feyenoord"dan yeni transfer
"Feyenoord" klubu yeni transferini açıqlayıb.
Sportline.az xəbər verir ki, "Porto"nun futbolçusu Qonçalo Borges yeni mövsümdən etibarən "Feyenoord"un formasını geyinəcək. Bu haqda klubun rəsmi saytı məlumat yayıb.
24 yaşlı sağ cinah vingeri yeni klubu ilə 4 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Niderland klubu Borges üçün qarşı tərəfə 11 milyon avro ödəyəcək.