"Feyenoord"un 19 yaşlı oyunçusu Avropa nəhənglərinin radarına düşüb
"Feyenoord"un niderlandlı sağ cinah müdafiəçisi Civario Rid Avropa nəhənglərinin maraq dairəsindədir.
Sportline.az "Sky Sports" kanalına istinadən xəbər verir ki, "Bavariya" və "Liverpul" 19 yaşlı oyunçunu transfer etmək üçün hərəkətə keçib.
Civario Rid bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 12 matçda 1 qol, 2 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, sözügedən futbolçunun Niderland klubu ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir. Onun dəyəri "Transfermarkt" portalına görə, 20 milyon avrodur.
 
 
                                     
                     
                 
                 
                 
                 
                