"Feyenord"un futbolçusu millimizə dəvəti qəbul edib

Hollandiyanın “Feyenord” klubunun  U-19 və U-21 komandalarında çıxış edən Ozancan Kökcü milli komandamıza dəvət olunub.  Sporlive.com-a istinadən  yayılan  xəbərə görə, 18 yaşlı yarımmüdafiəçi 21 yaşadək futbolçulardan ibarət seçməmizin yanvarın 7-də  Antalyada başlanacaq təlim-məşq toplanışına dəvəti müsbət cavablandırıb. Xəbərdə bildirilir ki,  Ozancan Kökcüyə Türkiyə millisindən də təklif göndəriləcəyi gözlənilirdi. Ancaq Türkiyə Futbol Federasiyasının susqunluğunu görən futbolçu Azərbaycan komandasında oynamağa razılıq verib. Kökcünün “Feyenord”la müqaviləsi bu mövsümün sonunda yekunlaşır. Hollandiyalılar onunla müqaviləni yeniləmək istəsələr də, gənc oyunçu qırar verməyə tələsmir. Onunla “Mançester Siti” və “Latsio” klublarının maraq dairəsində olduğu bildirilir.


 

Banner