FİFA-dan müsbət cavab gözlənilir

FIFA, oyunlar zamanı əvəzetmələrin sayının müvəqqəti artırılmasına razı olub. 

Sportline.az  xəbər verir ki, müvafiq sənəd artıq hazırlanıb və gələn həftə ictimaiyyətə açıqlanacaq. Təklifin məsləhət xarakteri daşıyacağı bildirilir. FIFA-dan sonra bu qayda Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) tərəfindən təsdiqlənməlidir. 

Qeyd edək ki, FIFA, aprelin sonunda, oyunçuları zədələrdən qorumaq üçün, oyunlarda əvəzetmə sayının üçdən beşə artırılması təklifini irəli sürüb. 

Daha öncə AFFA Azərbaycan Premyer Liqasının oyunlarında 4-cü əvəzetmənin aparılmasına razılıq almaq üçün FIFA-ya müraciətedib.