FIFA-dan transfer qadağası

FIFA Moldovanın "Zimbru" klubuna transfer qadağası tətbiq edib.

Sportline.az yerli mətbuata istinadən xəbər verir ki, ali futbol qurumu Kişineu təmsilçisini sabiq futbolçularına və baş məşqçisinə borclu olduğu üçün cəzalandırıb.

"Zimbru" 2019/2020 mövsümündə klubda fəaliyyət göstərən baş məşqçi Covanni Skanu və futbolçular - braziliyalı Conatan Santosla portuqaliyalı Uqo Netuya borcludur.

Qadağa həmin şəxslərə olan borclar ödənildikdən sonra götürüləcək.