FİFA klublararası dünya çempionatının bütün iştirakçıları müəyyənləşdi

BƏƏ-də keçiriləcək futbol üzrə dünya klub çempionatının bütün iştirakçıları bəlli olub. SportLine.az xəbər verir ki, sonuncu vəsiqəni "Qremio" kollektivi qazanıb. Argentinanın "Lanus" kollektivini məğlub edərək (1:0, 1:2) Libertadores Kubokuna sahib çıxan Braziliya klubu dünya çempionatında iştirak hüququ qazanıb.

Qeyd edək ki, bunadək "Real" (İspaniya), "Urava Red Daymonds" (Yaponiya), "Vidad" (Mərakeş), "Paçuka" (Meksika), "Oklend Siti" (Yeni Zelandiya) və "Əl-Cəzirə"nin (BƏƏ) Mundiala qatılacağı dəqiqləşmişdi.