FİFA prezidenti ilk dəfə bu üsulla seçildi

FİFA prezidenti Canni İnfantino daha 4 il bu vəzifəni yerinə yetirəcək.

Sportline.az xəbər verir ki, bu gün keçirilən seçkidə o, yeganə namizəd olub.

Maraqlıdır ki, FİFA tarixində ilk dəfə, prezident səsvermə ilə deyil, alqışlarla seçilib. 

FİFA konqresində bu gün qəbul olunan qərara əsasən, bundan sonra yeganə namizədlər bu üsulla təsdiqlənəcək.

Qeyd edək ki, Canni İnfantino 2016-cı ildən FİFA prezidenti kimi fəaliyyət göstərir. 

Встроенное видео