FİFA referilərinə emblemlər verildi

Bu gün “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində 2020-ci ildə FIFA hakimi kimi fəaliyyət göstərəcək referi və referi köməkçilərinə müvafiq emblemlər təqdim olunub.

Sportline.az xəbər verir ki, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, Hakimlər Komitəsinin sədri Fritz Stuchlik və UEFA Hakimlər Komitəsinin üzvü Kiros Vassaras iştirak edib.