FIFA referimiz dünya çempionatının təsnifat mərhələsinə təyinat aldı

Futzal üzrə FİFA referisi Hikmət Qafarlı təyinat alıb.

SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, baş hakim dünya çempionatının Avropa üzrə ilkin seçmə mərhələsinin Bolqarıstanda keçiriləcək G qrupunun oyunlarını idarə edəcək.

Bu qrupda Bolqarıstan, Hollandiya, Monteneqro və Estoniya milli komandaları mübarizə aparacaq.

Qeyd edə ki, matçlar yanvarın 29-dan fevralın 3-dək keçiriləcək.