FİFA referimiz Konfrans Liqasında
FIFA referisi Elçin Məsiyev UEFA Konfrans Liqasının oyununa təyinat alıb.
Sportline.az xəbər verir ki, 30 yaşlı baş hakim Moldovanın "Petrokub" və Şimali Makedoniyanın "Sileks" komandaları arasında I təsnifat mərhələsinin cavab görüşünü idarə edəcək.
Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcək. Dördüncü hakim isə Kamal Umudlu olacaq.
Qeyd edək ki, iyulun 15-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.