FİFA yeni reytinq siyahısını açıqladı
Futbol üzrə seçməmiz avqust ayına olan reytinq siyahısında bir pillə irəliləyib. SportLine.az xəbər verir ki, aktivində 253 xal olan milli 136-cı yerdə qərarlaşıb. 2018-ci il dünya çempionatının təsnifat mərhələsindəki rəqiblərimizdən ən yaxşı göstərici 4-cü yeri tutan Almaniyaya məxsusdur. Şimali İrlandiya 28, Çexiya 34, Norveç 50, San-Marino 200-cü pillədədir. Siyahıya Argentina başçılıq edir. Belçika 2-ci, Kolumbiya 3-cü yerdədir. İlk onluğu Almaniya, Çili, Portuqaliya, Fransa, İspaniya, Braziliya və İtaliya milliləri qapayır.