Final 46 yaşlı hakimə tapşırıldı
İngiltərə Liqa kubokunda final matçını idarə edəcək hakimlər müəyyənləşib. SportLine.az xəbər verir ki, həlledici qarşılaşmada əsas söz sahibi 46 yaşlı Andre Marriner olacaq. Kubok uğrunda "Sauthempton" və "Mançester Yunayted" komandaları mübarizə aparacaq.
Qeyd edək ki, həlledici qarşılaşma 26 fevralda “Uembli”də keçiriləcək.