Finalın hakimləri müəyyənləşdi

FİFA Konfederasiyalar Kubokunun final matçını idarə edəcək hakimlər açıqlanıb. SportLine.az ali futbol qurumunun saytına istinadən xəbər verir ki, Çili və Almaniya milliləri arasında oynanılacaq həlledici görüş Serbiyadan olan Milorad Majiçə həvalə olacaq. Ona Milovan Ristiç və Dalibor Durdeviç köməklik edəcək. Dördüncü hakim funksiyasının Damir Skomina yerinə yetirəcək.

Qeyd edək ki, Çili - Almaniya görüşü sabah Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.