"Fiorentina"nın hücumçusu İngiltərədə çıxış edə bilər

"Fiorentina"nın hücumçusu Moyze Kin karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Fulhem" və "Everton" 25 yaşlı oyunçu üçün hərəkətə keçib.

Bu haqda "Mail Sport" nəşri məlumat yayıb.

Qeyd edək ki, M.Kin cari mövsüm çıxış etdiyi 16 oyunda 2 qol, 3 asist müəllifi olub.