"Fluminense" 45 yaşlı kiperlə yola davam edəcək

Braziliya A Seriyası təmsilçilərindən olan “Fluminense” 45 yaşlı təcrübəli qapıçısı Fabio ilə yeni müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, klub Fabionun mövcud kontraktını 2027-ci ilin dekabr ayına qədər uzadıb.

“Fluminense” klubunun yaydığı rəsmi açıqlamada bildirilib ki, 2026-cı ilin sonunda başa çatmalı olan müqavilə yenilənib.