Formula 1: Mühərrik sıradan çıxdı
"Uilyams" komandasından Nikolas Latifi "Formula 1" üzrə Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib.
Sportline.az xəbər verir ki, pilotun bolidinin mühərrikində problem aşkarlanıb və o, trasda hərəkətsiz qalıb və ardınca qırmızı bayraq qaldırılıb.
Latifi yarışa davam edə bilməyib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq.