"Formula 3" yarışında dəhşətli qəza
"Formula 3" üzrə Makau Qran-Prisi dəhşətli qəza ilə yadda qalıb. SportLine.az "The Guardian"a istinadən xəbər verir ki, 17 yaşlı pilot Sofia Flörşün idarə etdiyi bolid trekin ətrafındakı səddə dəydikdən sonra havada uçub yarış yolunun kənarına düşüb.
Qəzanın ardından pilot xəstəxanay yerləşdirilib. Onun vəziyyəti yaxşıdır.
S.Flörş şəxsi "twitter" hesabında səhhəti ilə bağlı paylaşımında "Hər şey qaydasındadır. Sabah əməliyyat olunacağam", - deyə bildirib.
Qəzanın videogörüntüsünü diqqətinizə çatdırırıq: