Frank De Blekere "Kəpəz"in futbolçuları ilə görüşüb

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere və AFFA Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev "Kəpəz"in üzvləri ilə görüşüblər.

Gəncə klubundan Sportline.az-a verilən məlumata görə, futbolçulara qaydalarda və təlimatlarda edilən dəyişikliklər barədə məlumat verilib.

Mübahisə doğuran oyun epizodları nümayiş etdirilib, vəziyyətlərə aydınlıq gətirilib. Frank De Blekere futbolçuların suallarını cavablandırıb.