Fransa millisi Bakıya gələcək

17 yaşadək futbolçuların Bakıda keçiriləcək Avropa çempionatının daha bir iştirakçısı müəyyənləşib. SportLine.az xəbər verir ki, təsnifat mərhələsinin 6-cı qrupunda mübarizə aparan Fransa seçməsi Yunanıstan və İslandiyanı məğlub etməklə sona bir tur qalmış vəsiqəni təmin edib. 

Xatırladaq ki, buna qədər Danimarka, Serbiya, Ukrayna, İngiltərə,  Hollandiya, İtaliya, Bosniya və Herseqovina, Almaniya, Portuqaliya, İsveç, Belçika, eləcə də, təşkilatçı Azərbaycan qitə birinciliyində iştirak hüququ qazanıb.