Fransa nəhəngi İsak üçün 83 milyon avro ödəməyə hazırdır

"Paris Sen-Jermen" klubu "Nyukasl"ın isveçli futbolçusu Aleksander İsak üçün yanvar ayında rəsmi təklif göndərəcək.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Fransa klubunun rəhbərliyi bu keçid üçün "Nyukasl"a 83 milyon avro ödəməyə hazırdır.

İsakın "Nyukasl"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 18 matçda 11 qol və 4 asistlə yadda qalıb.