“Frayburq” “Braqa”nı qəbul edəcək

UEFA Avropa Liqasında bu gün finalçılar müəyyənləşəcək.

Sportline.az xəbər verir ki, “Frayburq” ilk oyunda 1-2 hesabı ilə məğlub olduğu “Braqa” ilə üz-üzə gələcək.

Almaniya klubunda Daniel-Kofi Kyereh, Maks Rosenfelder, Patrik Osterhaq və Yuito Suzuki baş məşqçi Yulian Şusterin sərəncamında olmayacaq.

Portuqaliya təmsilçisində Adrian Barişiç, Brayt Arrey, Sikou Niakate, Dieqo Rodriges və Florian Qrilitz komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 23:00-da başlanacaq matçln  ədalət təmsilçisi italiyalı Davide Massa olacaq.