“Frayburq” – “Ultrex”: Düşərgələrdəki son durum
UEFA Avropa Liqasının Liqa mərhələsində 3-cü tura start verilir.
Sportline.az xəbər verir ki, “Frayburq” öz meydanında “Ultrex”lə üz-üzə gələcək.
Heyətlərə nəzər saldıqda hər iki klubda ciddi itkilər var.
Meydan sahiblərində Siriaku İri, Patrik Osterheyc və Daniel-Kofi Kyereh zədəlidir.
Niderland təmsilçisində isə Niklas Vesterland, Rafik El Arqui, Viktor Yensen və Yoann Catlin baş məşqçi Ron Jansın sərəncamında olmayacaq.
Qeyd edək ki, start fiti 23:00-da səslənəcək oyunu norveçli hakim Rohit Saggi idarə edəcək.