Frenki De Yonq: "Barselona"da özümü yaxşı hiss edirəm"
"Barselona"nın niderlandlı futbolçusu Frenki De Yonq jurnalistlərə müsahibəsində gələcək karyerası ilə bağlı suallara aydınlıq gətirib.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, De Yonq "Barselona"da xoşbəxt olduğunu dilə gətirib.
"Barselona"da özümü yaxşı hiss edirəm. Mən sadəcə öz oynuma köklənmişəm. Burada çıxış etmək mənim üçün xoşdur", - deyə F.De Yonq bildirib.
Qeyd edək ki, De Yonqun "Barselona" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.