"Fulhem" bu təklifi qəbul etməyib

"Everton" 28 yaşlı futbolçu Harri Vilson üçün "Fulhem"ə rəsmi təklif göndərib.

Sportline.az xəbər verir ki, London klubu bu təklifi qəbul etməyib.

Bu haqda jurnalist Ben Yakops məlumat yayıb.

Qeyd edək ki, H.Vilson cari mövsüm meydana çıxdığı 27 matçda 9 qol, 5 asistlə yadda qalıb.