"Fulhem" Marko Silva ilə bağlı qərar verib

"Fulhem" portuqaliyalı baş məşqçisi Marko Silva ilə yola davam etmək qərarına gəlib.

Sportline.az xəbər verir ki, London klubunun rəhbərliyi 48 yaşlı mütəxəsisə yeni müqavilə təklif edib.

Bu haqda "The İ Paper" nəşri məlumat yayıb.

Qeyd edək ki, "Fulhem" İngiltərə Premyer Liqasında 11 xalla 15-ci pillədə yer alır.