"Fulhem"də ayrılıq

"Fulhem"in brazilyalı futbolçusu Andreas Pereyra karyerasını ölkəsində davam etdirəcək.

Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, "Sao Paulo" A.Pereyranı transfer etmək üçün "Fulhem"lə danışıqlara başlayıb.

Pereyranın hazır ki dəyəri 20 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, 28 yaşlı futbolçunun "Fulhem"lə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.