"Fənərbağça" "Fulhem"in təklifini qəbul etməyib

"Fulhem" "Fənərbağça"nın nigeryalı futbolçusu Brayt Osayi Samuel üçün rəsmi təklif göndərib.

Sportline.az "Fanatik" qəzetinə istinadən xəbər verir ki, "Fənərbağça" bu təklifi qəbul etməyib.

İstanbul klubunun rəhbərliyi Osayini satmaq niyyətində deyil.

Qeyd edək ki, 27 yaşlı futbolçunun "Fənərbağça" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

Osayinin hazır ki dəyəri 10 milyon avro olaraq qiymətləndirilir.

O bu mövsüm 24 rəsmi matçda iştirak edib. Aktivində 1 məhsuldar ötürmə var.