Futbol əfsanəsi soyunmağa hazırlaşır
“Lester”in çempionluğunu arzulamayanlardan biri də İngiltərə futbolunun canlı əfsanəsi Hari Linekerdir. Veteran futbolçu dilinin bəlasına düşüb. BBC kanalında çalışan Lineker “Lester” çempion olsa, Match of the Day verilişinin yeni mövsümdə ilk buraxılışına alt paltarda çıxacağı ilə bağlı vədinə əməl etmək niyyətindədir: “Redaksiya rəhbərliyinə yalvarıram ki, bunu mənə qadağan eləsin. Amma vədi yerinə yetirmək lazımdır. Yaşıma görə pis formada olmasam da, həmin efirdən iki həftə əvvəl gərək, trenajor zalında yaxşıca çalışam”. Qeyd edək ki, Premyerliqanın sonuna 3 tur qalmış “Lester” ən yaxın izləyicisi “Totenhem”i 7 xal qabaqlayır.