Futbol əfsanəsi ürəyindən əməliyyat olub
Roberto Karlos Braziliyada ürəyindən təcili əməliyyat olunub.
Sportline.az xəbər verir ki, “Real Madrid”in sabiq futbolçusu və klubun hazırkı səfiri Roberto Karlos Braziliyada ürəklə bağlı problem səbəbilə xəstəxanaya yerləşdirilib və təcili əməliyyat olunub.
52 yaşlı futbol əfsanəsi vətənində istirahətdə olarkən ayağındakı kiçik qan laxtası ilə əlaqədar tibbi müayinədən keçib.
Müayinələr zamanı aparılan tam bədən skanı nəticəsində onun ürəyinin müəyyən hissəsinin normal fəaliyyət göstərmədiyi aşkarlanıb. Bu isə həkimləri dərhal hərəkətə keçməyə vadar edib.