Futbol Federasiyasının prezidenti istefa verdi

İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina keçirilən fövqəladə iclasdan sonra istefa verib.

Sportline.az xəbər verir ki, bu qərar milli komandanın növbəti uğursuz çıxışından sonra qəbul olunub.

İtaliya millisi dünya çempionatına vəsiqə qazana bilməyib və pley-off finalında Bosniya və Herseqovina komandasına penaltilər seriyasında uduzub.