Futbol hakimlərinə maddi yardım olunub

Azərbaycan hökuməti koronavirus pandemiyası səbəbindən çətinliklərlə üzləşmiş peşəkar futbol hakimlərinə birdəfəlik maddi yardım edib.

Sportline.az xəbər verir ki, referilər VÖEN-lə işlədikləri və vergi ödəyicisi olduqları üçün bu dəstəkdən yararlanıblar.

Verginin miqdarından asılı olaraq, ədalət təmsilçilərinin hər birinə 500-1000 manat arası ödəniş olub.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası və I Divizionun oyunları martın 13-də pandemiyaya görə yarımçıq dayandırılıb.