"Futbol tarixinin ən yaxşısı mənəm" - Ronaldu

"Futbol tarixində məndən yaxşısını görə bilməzsiniz". SportLine.az goal.com saytına istinadən xəbər verir ki, bu sözləri 5-ci dəfə "Qızıl top" mükafatına sahib çıxan Kriştianu Ronaldu deyib.

"Mən tarixin ən yaxşı oyunçusuyam. Yaxşı və pis anları ilə... Hər kəsə hörmətlə yanaşıram. Amma mənim kimi futbolçu görməmisiniz. Heç bir futbolçu mənim etdiklərimə nail olmayıb. Həm ayağımla, həm də başımla sürətli və güclü oynayıram, qollar vururam, məhsuldar ötürmələr verirəm", - deyən futbolçu, "Bəzi şəxslər var ki, Neymar və Messini məndən üstün sayır. Amma onların heç biri mənim yerimi verə bilməz", - deyə sözlərinə əlavə edib.

Portuqaliyalı ulduz zirvədə qalmağın asan olmadığını deyib: "Heç kim mənim qədər fərdi mükafatlar qazanmayıb və buna təkcə "Qızıl top" aid deyil. Təkcə məşqlərlə buna nail olmaq qeyri-mümkündür. Zirvədə qalmaq üçün xüsusi istedadın olmalıdır. Bu mükafatı Messidən öncə mən qazanmışam. Daha sonra, o, ardıcıl ilin yaxşısı seçildi. Hətta həvəsdən düşdüyüm vaxtlar oldu. Fotoqraflar mənə maraq göstərmirdilər. Amma yavaş-yavaş zirvəyə yaxınlaşdım. Nəhayət, daha dörd "Qızıl top" qazandım".

Xatırladaq ki, K.Ronaldu France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatına -ci dəfə layiq görülüb.