Futbol ulduzu ağır xəstəliyə qalib gəldi

İtaliya futbolunun canlı əfsanəsi Canluka Vialli xərçəng xəstəliyinə qalib gəlib.

Sportline.az xəbər verir ki, 55 yaşlı veteran futbolçu ölkəsinin mətbuatına açıqlamasında keçirdiyi çətin günlərdən danışıb:

“Dekabrda 17 aylıq kimyaterapiya dönəmini başa vurdum. Fiziki və zehni olaraq çox çətin bir dönəmi geridə qoydum. Hazırda yaxşıyam. Son yoxlamalarda xəstəliyimin geridə qaldığını dedilər. Buna görə sevincliyəm. Aynaya baxanda saçlarımın yenidən çıxdığını görmək, qaşlarımı qələmlə qaraltmaq məcburiyyətində qalmamağım artıq sağlam olduğumu göstərir”.