Futbol ulduzundan Azərbaycana dəstək

"Səbail"in sabiq futbolçusu Maykl Essyen cəbhədə baş verən hadisələrlə bağlı Azərbaycana dəstək olub.

Sportline.az xəbər verir ki, hazırda Danimarkanın "Norşellan" klubunda məşqçi kimi çalışan sabiq yarımmüdafiəçi "Instagram" hesabından paylaşım edib.

Qana millisinin keçmiş üzvü "Pray for Azerbaijan" ("Dualarım Azərbaycan üçündür"), "Karabakh is Azerbaijan" ("Qarabağ" - Azərbaycandır") yazılan Azərbaycan bayrağını paylaşıb.

Qeyd edək ki, Maykl Esyen "Səbail"də 2019-cu ilin martından çıxış edib. O, 2019/2020 mövsümünün sonunda komandadan ayrılıb.