Futbolçuların qələbə təbrikləri

Azərbaycan Ordusunun tarixi zəfər sevincinə karyerasını ölkəmizdə davam etdirən legionerlər də qoşulublar.

Sportline.az xəbər verir ki,  “Qarabağ”ın ispaniyalı futbolçusu Xayme Romero "İnstaqram" səhifəsinə"də “10 noyabr – Zəfər günümüz!” yazılan şəkil, “Neftçi”nin braziliyalı oyunçusu Tallison Diaz işğal altında olan torpaqların geri alındığını əks etdirən xəritəni paylaşıb.

Həmçinin milliləşdirilmiş braziliyalı futbolçu Riçard Almeyda "İnstaqram səhifəsindəki bayrağımızın şəkli ilə tarixi zəfərimizin vaxtını qeyd edib.